İsrail Britaniya konsulluğunu bağlayır
İsrail Şərqi Yerusəlimdə yerləşən Böyük Britaniya konsulluğuna 30 gün ərzində fəaliyyətini dayandırması barədə bildiriş göndərib.
Liderxeber.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Bildirişdə diplomatik missiyaya ezam olunmuş əməkdaşların da akkreditasiyasının ləğv ediləcəyi bildirilir.
Bundan əlavə, İsraildə ABŞ-nin rəhbərlik etdiyi Qəzzanın bərpası üzrə Koordinasiya Missiyasında çalışan Britaniya nümayəndələri, eləcə də İordan çayının qərb sahilindəki Ramallah şəhərində olan Böyük Britaniya diplomatları 7 gün ərzində ərazini tərk etməlidirlər.
Rəsmi Təl-Əviv bu qərarı Böyük Britaniyanın xarici işlər naziri Ed Milibandın qərb sahilindəki İsrail yaşayış məntəqələrindən malların idxalına qadağanı elan etməsindən sonra qəbul edib.
