Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib.
Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədəki gərginlik və siyasi münaqişələr növbədənkənar seçkilərin keçirilməsini zəruri edib.
Qeyd edək ki, parlamentin buraxılması Serbiyada növbədənkənar seçkilərin keçirilməsi üçün zəruri şərtdir. Hakim Serb Tərəqqi Partiyası prezidentlik müddəti gələn il başa çatacaq Aleksandr Vuçiçi qarşıdan gələn seçkilərdə baş nazir postuna namizəd təyin edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
27 sentyabr 2024, Cümə
Azərbaycanın demokratik inkişafına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə olan töhfə
