Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
Oktyabrın 17-si Kanadanın Ueynrayt hərbi bazasında yanğınla nəticələnən partlayış baş verib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yanğın yerli vaxtla saat 16:00 radələrində aviabazanın təlim poliqonunda başlayıb.
Hadisə nəticəsində 4 hərbçi ölüb, 40-ı isə xəsarət alıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, onlardan 19-nun vəziyyəti ağırdır.
Hakimiyyət orqanları 4 kanadalı hərbçinin həlak olduğunu təsdiqləyib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 dekabr 2024, Çərşənbə axşamı
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb, altı nəfər xilas edilib - YENİLƏNİB-3
