Pressa.az » Dünya » “Zelenski buna əhəmiyyət vermir”

“Zelenski buna əhəmiyyət vermir”

19 oktyabr 2026, Bazar ertəsi, 09:00
“Zelenski buna əhəmiyyət vermir”

“Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr dünya dizel yanacağı bazarına ciddi zərər vurur”​.

Liderxeber.az xəbər verir ki, bu fikirlər ABŞ Prezidenti Donald Trampın “Truth Social”dakı paylaşımında yer alıb.

O qeyd edib ki, bu hücumlar fermerlərə və müxtəlif müəssisələrə də mənfi təsir göstərir.

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadakı dizel yanacağı istehsal edən neft emalı zavodlarını hədəf seçir. O bu hücumların dünya dizel bazarına, həmçinin ABŞ-yə ciddi zərər vurduğunu bilir. Zelenski buna əhəmiyyət vermir”, - Tramp vurğulayıb.