Pressa.az » Dünya » Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan ediləcək

Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan ediləcək

28 oktyabr 2023, Şənbə, 11:20
Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan ediləcək

Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan ediləcək.

LiderXəbər xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayevin qəbul etdiyi qərarda deyilir.

Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətində şaxtada qəza baş verib. İlkin ehtimala görə, qəzaya metan qazının partlaması səbəb olub. Hadisə zamanı şaxtada 252 nəfər olub, onlardan 205 nəfəri şaxtadan çıxarılıb.

Son məlumatlara əsasən, qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Mədəndə 23 nəfərin qaldığı bildirilir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə zamanı xəsarət alan 18 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qazaxıstan Prezidenti bu gün səhər Karaqanda vilayətinə gedib.