Pressa.az » Dünya » Hakan Fidanın Blinkenlə görüşünün nəticələri açıqlanıb

Hakan Fidanın Blinkenlə görüşünün nəticələri açıqlanıb

06 noyabr 2023, Bazar ertəsi, 17:36
Hakan Fidanın Blinkenlə görüşünün nəticələri açıqlanıb

Türkiyə və ABŞ Qəzzada mülki şəxslərin hədəf alınmaması, humanitar yardım dəhlizi və iki dövlətli həll məsələlərində həmfikirdir.

LiderXəbər-in Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN-dən diplomatik mənbələr ABŞ Dövlət Katibi Entoni Blinkenin Türkiyəyə səfərinin nəticələrinə dair bildiriblər.

Qeyd olunub ki, bugünkü görüşdə xarici işlər naziri Fidan amerikalı həmkarı Blinkenə İsrailin Qəzzada insanların köçməyə məcbur edilməsinin qarşısının alınmalı və dərhal atəşkəsin elan edilməli olduğunu vurğulayıb.

“Bugünkü görüşdə iki dövlətli həll üçün birgə çalışmağın zəruriliyi də vurğulanıb. Görüşdə xarici işlər naziri Fidan amerikalı həmkarı Blinkenə də Qəzzada mülki hədəflərin bombalanmasının və infrastrukturun məhv edilməsinin qəbuledilməz olduğuna diqqət çəkib”, - deyə mənbə bildirib.