Moskva vilayətində 57 çoxmərtəbəli bina istiliksiz qalıb.
LiderXəbər-in Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, indiyə kimi 116 çoxmənzilli binada mərkəzi istilik sistemi bərpa olunub.
Qeyd edək ki, Moskva vilayətinin Podolsk, Klimovsk və Dmitrov şəhərlərində mərkəzi istilik sisteminin işində nasazlıq yaranıb. Nəticədə minlərlə insan -20 dərəcədən aşağı olan şaxtalı havada işıqsız, susuz və istiliksiz qalıb.