Pressa.az » Dünya » XİN rəhbəri: İsveçin ən mühüm xarici siyasət prioriteti Ukraynaya dəstəkdir

XİN rəhbəri: İsveçin ən mühüm xarici siyasət prioriteti Ukraynaya dəstəkdir

14 fevral 2024, Çərşənbə, 14:20
XİN rəhbəri: İsveçin ən mühüm xarici siyasət prioriteti Ukraynaya dəstəkdir

"İsveçin ən mühüm xarici siyasət vəzifəsi Ukraynaya dəstəkdir və bu belə qalmağa davam edir".

LiderXəbər SVD-yə istinadən xəbər verir ki, bu barədə İsveç XİN rəhbəri Tobias Billström ölkəsinin xarici siyasət prioritetləri barədə danışarkən deyib.

"İsveç Ukraynaya siyasi, humanitar, hərbi və maliyyə sahələri üzrə ehtiyac olduğu müddətcə dəstəyini davam etdirir", - nazir əlavə edib.

Billström vurğulayıb ki, Ukraynanın mübarizəsi həm də onun ölkəsinin mübarizəsidir.