Pressa.az » Dünya » “Qəzzaya yardım axını 67 faiz azalıb”

“Qəzzaya yardım axını 67 faiz azalıb”

30 may 2024, Cümə axşamı, 09:14
“Qəzzaya yardım axını 67 faiz azalıb”

Rəfah Sərhəd Qapısının bağlandığı mayın 7-dən bu yana Qəzzaya yardım axını 67 faiz azalıb.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

Dujarrik səhiyyə və kommunal xidmətlərinin bir-bir bağlandığını, hücumlar səbəbiylə yerdəyişmələrin də resursların paylanmasına təsir etdiyini bildirib.

Rəfahda yalnız 1 xəstəxananın qismən xidmət göstərə bildiyini qeyd edən Dujarrik BMT və tərəfdaşlarının bütün şərtlərə baxmayaraq əllərindən gələni etməyə çalışdıqlarını bildirib