Pressa.az » Dünya » “Financial Times”: Rusiya İrandan ballistik raketlər almaqdan qorxur

“Financial Times”: Rusiya İrandan ballistik raketlər almaqdan qorxur

07 mart 2023, Çərşənbə axşamı, 09:00
“Financial Times”: Rusiya İrandan ballistik raketlər almaqdan qorxur

Rusiya İrandan ballistik raketlər almaqdan qorxur, çünki bu, Qərbin Ukraynaya Amerika ATACMS kimi uzaqmənzilli raketlərinin tədarükünə yol açacaq.

LiderXəbər xəbər verir ki, bu barədə “Financial Times” NATO ölkələrinin rəsmilərinin qiymətləndirmələrinə istinadən xəbər verir.

Qeyd olunub ki, Rusiyanın idarə olunan raket və artilleriya mərmiləri ehtiyatları ötən ilin sonundakı ehtiyatların təxminən yarısıdır.

"Ruslar çıxılmaz vəziyyətdədir. Onların raketlərə ehtiyacı var", - deyə Avropalı rəsmilərdən sitat gətirilib.

Rusiyanın İrandan pilotsuz təyyarələrdən əlavə ballistik raketlər də ala biləcəyi barədə ilk məlumatlar bir neçə ay əvvəl ortaya çıxdı.

Lakin bu günə qədər bu baş verməyib.