Bu gün “sükut günü”dür
Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.
LiderXəbər xəbər verir ki, qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.
Bu müddət ərzində namizədlər təşviqat üçün qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə ediblər.
Xatırladaq ki, bu gün saat 08:00-dan etibarən qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.
Qeyd edək ki, MSK tərəfindən 7 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb:
- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.