Pressa.az » Dünya » Avroviziya”nın ilk təmsilçisi açıqlandı

Avroviziya”nın ilk təmsilçisi açıqlandı

02 sentyabr 2024, Bazar ertəsi, 14:48
Avroviziya”nın ilk təmsilçisi açıqlandı

İsveçrənin Bazel şəhərində keçiriləcək 69-cu “Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək ilk təmsilçinin adı açıqlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə yarışmanın sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, Kipri müğənni və rəqqas Teo Van təmsil edəcək. Onun ifa edəcəyi mahnı daha sonra təqdim olunacaq.

Qeyd edək ki, yarışmanın yarımfinalları 13 və 15 may, finalı isə 17 may tarixində olacaq. Müsabiqə “St. Jakobshalle” idman arenasında baş tutacaq.

Xatırladaq ki, İsveçrə bu ilin mayında İsveçin Malmö şəhərində keçirilən “Avroviziya-2024”də ölkə təmsilçisi Nemo-nun “The Code” mahnısı ilə qalibiyyətindən sonra yarışmanı keçirmək hüququ qazanıb. Azərbaycan 2025-ci ildə müsabiqədə iştirak edəcəyini təsdiqləyib.