Pressa.az » Dünya » Qəzza sektorunda İsrail helikopteri qəzaya uğrayıb

Qəzza sektorunda İsrail helikopteri qəzaya uğrayıb

11 sentyabr 2024, Çərşənbə, 15:02
Qəzza sektorunda İsrail helikopteri qəzaya uğrayıb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter Qəzza sektorunun cənubunda Rəfah şəhəri yaxınlığında qəzaya uğrayıb.

Liderxeber.az-ın məlumatına görə, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Hadisə nəticəsində iki İsrail hərbçisi həlak olub, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzanın səbəbi hazırda araşdırılır. İlkin məlumata görə, helikopter atəş nəticəsində deyil, başqa səbəbdən qəzaya uğrayıb.