Pressa.az » Dünya » İsrail “Hizbullah”a şərt qoydu

İsrail “Hizbullah”a şərt qoydu

09 oktyabr 2024, Çərşənbə, 09:07
İsrail “Hizbullah”a şərt qoydu

İsrail Livan cənubunda atəşkəs rejiminin tətbiqi üçün şərt olaraq “Hizbullah” hərəkatının silahlarını təhvil verməsini və qüvvələrini iki ölkənin sərhədindən şimala çəkməsini tələb edir.

Liderxeber.az xəbər verir ki, bu barədə “Al Arabiya” Fransa diplomatik mənbələrinə istinadən məlumat yayıb.

“İsrail Livanda atəşkəs müqabilində “Hizbullah”dan silahlarını yerə qoymağı və Litani çayının şimalına çəkilməsini tələb edir”, - deyə qeyd olunub.