Pressa.az » Dünya » Ermənistanda hərbi tibbi avtomobil yük maşını ilə toqquşub, yaralananlar var

Ermənistanda hərbi tibbi avtomobil yük maşını ilə toqquşub, yaralananlar var

14 aprel 2023, Cümə, 10:39
Ermənistanda hərbi tibbi avtomobil yük maşını ilə toqquşub, yaralananlar var

Ermənistanda hərbi təcili tibbi yardım avtomobili ilə yük maşınının toqquşması nəticəsində ambulansın sürücüsü və iki tibb işçisi yaralanıb.

LiderXəbər xəbər verir ki, bu barədə “Shamshyan” məlumat yayıb. Ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Hadisə Zəngəzurda İrəvan-Mehri avtomobil yolunun 181-ci km-liyində baş verib.

Məlumata görə, avtomobillər toqquşub qaz kəmərinə dəyərək dərəyə aşıb.

Yaralı hərbçilər Qarakilsə rayonu ərazisindəki hospitala yerləşdiriliblər.

Ermənistan Müdafiə Nazirliyi isə bunu təkzib edərək, yaralılara ambulator yardım göstərildiyini bildirib.