Pressa.az » Dünya » İran və Səudiyyə Ərəbistanı səfirliklərinin qarşılıqlı açılacağı tarix məlum olub

İran və Səudiyyə Ərəbistanı səfirliklərinin qarşılıqlı açılacağı tarix məlum olub

17 aprel 2023, Bazar ertəsi, 10:54
İran və Səudiyyə Ərəbistanı səfirliklərinin qarşılıqlı açılacağı tarix məlum olub

Tehran və Ər-Riyadda səfirliklər mayın 19-dək açılacaq.

Liderxəbər xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Körfəz məsələləri üzrə İdarəsinin rəisi Əlirza Enayəti IRNA-ya açıqlamasında deyib.

Diplomat bildirib ki, razılaşmaya əsasən, iki ölkənin səfirlikləri mayın 19-dək açılacaq və bu arada xarici işlər nazirləri görüşəcəklər.