Pressa.az » Dünya » İran və Səudiyyə nazirləri Pekində görüşəcək

İran və Səudiyyə nazirləri Pekində görüşəcək

05 aprel 2023, Çərşənbə, 11:13
İran və Səudiyyə nazirləri Pekində görüşəcək

Səudiyə Ərəbistanı və İran xarici işlər naziri 6 aprel tarixində Çinin paytaxtı Pekində görüş keçirəcəklər.

LiderXəbər xəbər verir ki, bu barədə Səudiyyə mediası məlumat yayıb.

Bildirilib ki, nazirlər ölkələr arasında diplomatik münasibətlərin bərpasına dair sazişin həyata keçirilməsi üçün tələb olunan gələcək addımları müzakirə edəcəklər.

Bundan əlavə, tərəflər səfirliklərin işinin bərpası prosesi ətrafında fikir mübadiləsi aparacaqlar.