Türkiyədə silahlı insident olub, ölənlər və yaralananlar var
Türkiyənin İstanbul şəhərində silahlı insident olub.
LiderXəbər Türkiyə mediasına istinadən xəbər verir ki, dayanacaqdakı avtomobilə silahlı hücum zamanı 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Cinayətkar hadisə yerindən qaçıb. Polis onun yaxalanması məqsədilə əməliyyata başlayıb.