Pressa.az » Ölkə » Bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb

Bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb

27 mart 2023, Bazar ertəsi, 12:33
Bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb

“Qeyri-iş günlərində (20-26 mart) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 121 nəfər müraciət edib”.

Bu barədə KTM-dən məlumat verilib.

“Müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.

Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, 2 qadının (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb”, - rəsmi məlumatda qeyd olunub