Almaniya millisində ötən ilin ən yaxşı futbolçusu açıqlanıb
Almaniya millisində 2022-ci ilin ən yaxşı futbolçusu bəlli olub.
Azarkeşlərin səsverməsinə əsasən, bu ada "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala layiq görülüb.
20 yaşlı oyunçu səslərin 66,2 faizini toplayıb. Onun ən yaxın izləyicilərindən Kay Haverts ("Çelsi", İngiltərə) 8 faizlə ikinci, Yozua Kimmix ("Bavariya") 6,1 faizlə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Almaniya yığması ötən il Qətərdə keçirilmiş dünya çempionatının E qrupunu 4 xalla üçüncü pillədə başa vuraraq mübarizəni erkən dayandırıb.