Bu gün UEFA ÇL-da 1/8 final mərhələsinin cavab oyunlarına start verilib

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Liderxeber.az xəbər verir ki, günün birinci matçında “Barselona” azarkeşləri önündə “Benfika”nı qəbul edib.
Gərgin keçən qarşılaşmada qapılara 4 qol vurulub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə "Barselona" adını 1/4 final mərhələsinə yazdırıb. Kataloniyalılar sonuncu dəfə 2019/20 mövsümündə Çempionlar Liqasının 1/4 finalında iştirak etmiş və həmin ilin qalibi "Bavariya"ya 2:8 hesabı ilə məğlub olaraq turnirlə sağollaşmışdı.
Gecənin matlarında isə "Bavariya" "Bayer"i 2:0, "İnter" isə "Feyenoord"u 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Günün mərkəzi matçında isə "Liverpul" öz meydanında PSJ-ni qəbul edib.
Əsas vaxtı qonaqların minimal hesablı qələbəsi ilə başa çatan görüşdə qalib penaltilər seriyasında müəyyənləşib.
Fransa təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
11 mart
21:45 "Barselona" (İspaniya) – "Benfika" (Portuqaliya) 3:1
İlk oyun 1:0
00:00 "Bayer" (Almaniya) – "Bavariya" (Almaniya) 0:2
İlk oyun 0:3
00:00 "İnter" (İtaliya) – "Feyenoord" (Niderland) 2:1
İlk oyun 2:0
00:00 "Liverpul" (İngiltərə) – PSJ (Fransa) 0:1, pen. (1:4)
İlk oyun 1:0
Oxşar Xəbərlər:


