"Qarabağ" UEFA Avropa Liqasının yeni mövsümünə əsas mərhələdə start verəcək

2025/2026 mövsümündə UEFA turnirlərində Liqa mərhələlərinə vəsiqə qazana biləcək klubların siyahısı yenilənib.
Liderxeber.az xəbər verir ki, "Football Meets Data"nın tərtib etdiyi cədvələ əsasən, "Qarabağ" UEFA Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.
Hətta ehtimallara görə, 32.000 əmsalı olan Ağdam təmsilçisi püşkatmaya üçüncü səbətdə qoşulacaq.
Birinci səbətdə İngiltərənin "Mançester Siti", İtaliyanın "Yuventus", ikinci səbətdə isə Türkiyənin "Fənərbağça" komandası göstərilib.
Qeyd edək ki, hazırda 70 xalla Premyer Liqanın lideri olan "Qarabağ" çempion olacağı təqdirdə mübarizəyə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayacaq.
Oxşar Xəbərlər:

12 dekabr 2024, Cümə axşamı
UEFA Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” uduzub

27 mart 2025, Cümə axşamı
İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib