Pressa.az » İdman » UEFA Konfrans Liqası: Yarımfinalçılar müəyyən olunacaq

UEFA Konfrans Liqası: Yarımfinalçılar müəyyən olunacaq

17 aprel 2025, Cümə axşamı, 09:24
UEFA Konfrans Liqası: Yarımfinalçılar müəyyən olunacaq

Bu gün UEFA Konfrans Liqasında yarımfinala yüksələcək komandalar bəlli olacaq.

Liderxeber.az xəbər verir ki, saat 20:45-də başlayacaq oyunlarda "Fiorentina" klubu "Selye"ni, "Yagelloniya" isə "Real Betis" klubunu qəbul edəcək.

Saat 23:00-da başlayacaq oyunlarda isə "Çelsi" klubu "Legia" ilə, "Rapid" isə "Dyürqarden"lə üz-üzə gələcək.

17 aprel

UEFA Konfrans Liqası

Dörddəbir final mərhələsi

Saat 20:45, "Fiorentina" - "Selye", (ilk oyun 2:1);

Saat 20:45, "Yagelloniya" - "Real Betis", (ilk oyun 0:2);

Saat 23:00, "Çelsi" - "Legia", (ilk oyun 3:0);

Saat 23:00, "Rapid" - "Dyürqarden", ilk oyun (1:0).