Pressa.az » İdman » "Real Madrid" Arda Güler üçün gələn bütün təklifləri geri qaytardı

"Real Madrid" Arda Güler üçün gələn bütün təklifləri geri qaytardı

05 may 2025, Bazar ertəsi, 16:26
"Real Madrid" Arda Güler üçün gələn bütün təklifləri geri qaytardı

İspaniyanın "Real Madrid" komandası futbolçusu Arda Güleri heyətində saxlamaq istəyir.

Liderxeber.az "SporX"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Avropanın bir neçə aparıcı klubu 20 yaşlı yarımmüdafiəçiyə maraq göstərsə də, Madrid təmsilçisinin rəhbərliyi oyunçunu buraxmaq niyyətində deyil.

Türkiyə millisinin üzvü isə "Real Madrid"də az oynamaq şansı əldə etdiyi üçün narazıdır.

Qeyd edək ki, Arda Güler bu mövsüm "kral klubu"nun heyətində bütün turnirlərdə 38 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.