"Real Madrid"in ulduzu karyerasını İngiltərədə davam etdirə bilər

"Real Madrid"in hücumçusu Rodriqo karyerasını "Arsenal"da davam etdirə bilər.
Liderxeber.az "Marca" nəşrinə istinadən xəbər verir ki, londonlular 24 yaşlı braziliyalının mümkün transferində maraqlıdırlar. Futbolçu ilə "Mançester Siti" də maraqlanır.
"Kral" klub isə Rodriqo ilə 100 milyon avroya vidalaşmağa hazırdır.
"Sambaçı"nın müqaviləsi 2028-ci ilin yayında başa çatır. O, bu mövsüm 50 matçda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.
Oxşar Xəbərlər:

13 iyun 2024, Cümə axşamı
Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb

30 aprel 2025, Çərşənbə
"Real Madrid" "Barselona"nın qarşısına 20 yaşlı təcrübəsiz müdafiəçi ilə çıxacaq