Pressa.az » İdman » “Barselona” İspaniya çempionu oldu

“Barselona” İspaniya çempionu oldu

15 may 2023, Bazar ertəsi, 08:14
“Barselona” İspaniya çempionu oldu

Barselona” La Liqada çempionluğu təmin edib.

LiderXəbər xəbər verir ki, Kataloniya təmsilçisi 34-cü turda səfərdə “Espanyol”a 4:2 hesabı ilə qalib gələrək buna nail olub.

“Espanyol” - “Barselona” - 2:4

Qollar: Levandovski, 11 (0:1), Balde, 20 (0:2), Levandovski, 40 (0:3), Kunde, 53 (0:4), Puado, 73 (1:4), Joselu, 90 (2:4)

Beləliklə, Xavinin baş məşqçisi olduğu komanda 85 xalla yarışın bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib və tarixində 27-ci dəfə ölkə çempionu olub. Kataloniya təmsilçisi ən yaxın izləyicisi “Real”ı (71 xal) 14 xal qabaqlayır.