“Şamaxı” bu siyahıda Azərbaycanın ən yaxşısıdır

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) hazırkı mövsümdə 21 yaşadək futbolçuların öz klublarında qazandıqları oyun vaxtının faizini təhlil edib.
Liderxeber.az xəbər verir ki, araşdırmada 65 dünya liqası yer alıb. Bura Azərbaycan Premyer Liqası da daxildir.
Siyahıya əsasən, sözügedən yaş kateqoriyasının futbolçularına ən çox oyun vaxtı verən klubumuz 22,5 faizlə “Şamaxı” olub.
Bölgə təmsilçisindən sonra isə “Neftçi” (13,1 faiz), “Sabah” (9,3 faiz), “Sumqayıt” (8,2 faiz), “Zirə” (7,0 faiz), “Qarabağ” (5,7 faiz), “Səbail” (3,2 faiz), “Kəpəz” (3,1 faiz), “Araz-Naxçıvan” (2,5 faiz) və “Turan-Tovuz” (2,1 faiz) gəlir.
Qeyd edək ki, sözügedən araşdırmada ən yüksək nəticə Belçikanın “Lommel” klubundadır – 69,6 faiz.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

10 fevral 2025, Bazar ertəsi
Azərbaycan Premyer Liqası: "Araz-Naxçıvan" "Kəpəz"lə, "Zirə" "Neftçi" ilə üzə-üzə