Pressa.az » İdman » Dünya çempionu MOK-un Atletlər Komissiyasının üzvü oldu

Dünya çempionu MOK-un Atletlər Komissiyasının üzvü oldu

12 may 2025, Bazar ertəsi, 15:04
Dünya çempionu MOK-un Atletlər Komissiyasının üzvü oldu

Mayın 12-də Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının növbəti iclası keçirilib.  

Liderxeber.az xəbər verir ki, iclasda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb və komissiyaya yeni üzv seçkisi məsələsinə baxılıb.

Səsvermə nəticəsində komissiyanın üzvü Təranə Abbasova (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov seçilib.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcək.