Pressa.az » İdman » Dünya çempionatı: Fransa-Özbəkistan oyununda 6 qol vuruldu

Dünya çempionatı: Fransa-Özbəkistan oyununda 6 qol vuruldu

23 may 2025, Cümə, 16:47
Dünya çempionatı: Fransa-Özbəkistan oyununda 6 qol vuruldu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Liderxeber.az xəbər verir ki, B qrupunun II turunda Fransa yığması Özbəkistan ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma qollu bərabərliklə başa çatıb - 3:3.

Qeyd edək ki, Fransa millisi ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.

Bu gün, saat 16:30-da B qrupunda daha bir görüş - Çad - Rumıniya qarşılaşması baş tutacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilib.

Liderxeber.az xəbər verir ki, A qrupunun oyununda Bəhreyn və Mavritaniya komandaları üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 2:0.

Mavritaniya qrupdakı ilk matçında Sloveniya, Bəhreyn isə Azərbaycan millisi ilə heç-heçə (1:1) edib. Azərbaycan yığması saat 20:45-də Sloveniyanı sınağa çəkəcək.

Qeyd edək ki, bu gün daha 7 oyun baş tutacaq. Dünya çempionatı iyunun 1-də başa çatacaq.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının üçüncü günündə daha 8 qarşılaşma baş tutacaq.

Liderxeber.az xəbər verir ki, matçlar Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışın üçüncü gününə Mavritaniya - Bəhreyn oyunu ilə start veriləcək.

Dünya çempionatı

Qrup mərhələsi

II tur

23 may

Saat 12:45, Mavritaniya - Bəhreyn;

Saat 14:00, Fransa - Özbəkistan;

Saat 15:15, İngiltərə - Macarıstan;

Saat 16:30, Çad - Rumıniya;

Saat 18:15, Bolqarıstan - Hindistan;

Saat 19:30, Ukrayna - Türkiyə;

Saat 20:45, Sloveniya - Azərbaycan;

Saat 22:00, Portuqaliya - Slovakiya.