"Çelsi" klublararası dünya çempionatında böyükhesablı qələbə qazandı

ABŞ-də keçirilən klublararası dünya çempionatının onuncu gününə yekun vurulub.
Liderxeber.az "Championat"a istinadən xəbər verir ki, son tur "Çelsi"nin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Belə ki, "zadəganlar" Tunisin "Esperans" klubunun qapısından üç cavabsız qol keçiriblər.
Bu nəticədən sonra "Çelsi" 6 xalla D qrupunu ikinci pillədə başa vuraraq turnirin pley-off mərhələsinə yüksəlib.
ABŞ-də keçirilən klublararası dünya çempionatında C qrupunun üçüncü turunun oyunları başa çatıb.
Liderxeber.azxəbər verir ki, qrup mərhələsinin sonuncu turunda "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) və "Oklend Siti" (Yeni Zelandiya) - "Boka Xuniors" (Argentina) matçları keçirilib.
"Benfika" - ""Bavariya" oyunu portuqaliyalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada yeganə qolu Andreas Şelderup vurub.
Oxşar Xəbərlər:


