Azərbaycanın sərbəst güləş millisi Avropa ikincisi olub

Azərbaycanın sərbəst güləş millisi İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında ikinci olub.
Liderxeber.az xəbər verir ki, komanda qitə birinciliyində 5 medal qazanıb.
Yığmamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb və Avropa ikincisi olub. Gürcüstan (164) birinci, Ukrayna (81) isə üçüncü yeri tutub.
Xatırladaq ki, böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

08 iyul 2024, Bazar ertəsi
Avropa çempionatı: Azərbaycanın sərbəst güləş üzrə millisi komanda hesabında birinci olub

09 iyul 2024, Çərşənbə axşamı
Avropa çempionatında komanda hesabında birinci olmuş Azərbaycan güləşçiləri Vətənə qayıdıb