Pressa.az » İdman » UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər

UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər

27 may 2023, Şənbə, 07:52
UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər

İtaliyanın “Yuventus”u avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.

LiderXəbər xəbər verir ki, UEFA komandanın fəaliyyətini bir il və ya daha çox müddətə dayandıra bilər. Məlumata görə, qurumda “Yuventus”un Superliqa layihəsindən əl çəkməməsindən narazıdır.

Bundan başqa, turinlilərin rəhbərləri UEFA-nın sədri Aleksander Çeferinlə əlaqə saxlamırlar. Həmçinin təşkilat kapitalın qondarma artımı və maaşlarda fırıldaqçılıq hallarına və maliyyə feyr-pleyinə riayətetmə problemlərinə diqqət yetirir.