"Qalatasaray" Barış Alper Yılmazın klubda qalması üçün futbolçunun maaşını artırmağı təklif edib

"Qalatasaray" rəhbərliyi gənc hücumçu Barış Alper Yılmazla yeni müqavilə şərtlərini razılaşdırmaq üçün danışıqlara başlayıb.
Liderxeber.az "SporX"ə istinadən xəbər verir ki, İstanbul klubu 24 yaşlı futbolçuya illik beş milyon avro maaş təklif edib.
Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə yekun qərarın veriləcəyi gözlənilir.
"Cim-Bom" rəhbərliyi futbolçunun komandada qalmasını prioritet hesab edir. Klub Avropa nəhənglərinin maraq dairəsində olan Yılmazı uzunmüddətli layihənin əsas fiqurlarından biri kimi görür.
Barış Alper Yılmazın yeni müqaviləyə imza atıb-atmayacağı yaxın günlərdə məlum olacaq.
Oxşar Xəbərlər:
10 iyl 2025, 15:46
18 apr 2023, 07:46