“Fənərbaxça”ya baş məşqçi o gələ bilər

“Fənərbaxça” portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə danışıqlar aparır.
Liderxeber.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. İstanbul nəhəngi portuqaliyalı mütəxəssisə 2 illik müqavilə təklif edib. Bildirilib ki, 50 yaşlı məşqçi Türkiyədə çalışmağa isti yanaşır. Qeyd edək ki, Serjiu Konseysaunun son klubu “Milan” olub.