Pressa.az » İdman » Cüdoçumuz Avropa çempionatında erməni rəqibinə iponla qalib gəldi

Cüdoçumuz Avropa çempionatında erməni rəqibinə iponla qalib gəldi

04 sentyabr 2025, Cümə axşamı, 15:44
Cüdoçumuz Avropa çempionatında erməni rəqibinə iponla qalib gəldi

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.

Liderxeber.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.

60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.