“Qarabağ” ÇL oyunu üçün bilet qiymətlərini qaldırdı
“Qarabağ”ın UEFA Çempionlar Liqasında “Kopenhagen”ə qarşı keçirəcəyi matç üçün biletlərin qiymətləri açıqlanıb.
Liderxeber.az xəbər verir ki, qiymətlərdə Ağdam klubunun avrokubokların təsnifat mərhələsində keçirdiyi matçlara nisbətdə artım müşahidə olunub.
Belə ki, 20 manata satılan biletlərin qiyməti artırılaraq 30 manat olub.
VİP sektorlara giriş üçün də azarkeşlərə daha baha başa gələcək.
Digər tərəfdən matç üçün satılan 5 manatlıq biletlərin sayında azalma müşahidə olunub. Əvvəl 5 manata olan bəzi sektorlar hazırda 10 manatdır.
VVIP C və VVIP D sektorlarının qiyməti isə 300 manatdan 500 manata yüksəlib.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı oktyabrın 1-i saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanda bir sıra kommunal xidmətlərin yeni qiymətləri müəyyənləşdirilib
13 yanvar 2025, Bazar ertəsi
UEFA Avropa Liqası: "Qarabağ" - FCSB matçının biletləri bu gün satışa çıxacaq
