"Konyaspor"un Rəsmi Futbol Məktəbi Bakıda fəaliyyətə başladı

Türkiyənin tanınmış futbol klublarından olan "Konyaspor"un Rəsmi Futbol Məktəbi artıq Bakıda fəaliyyətə başlayıb.
Məktəbin məqsədi Azərbaycanda uşaq futbolunun inkişafına dəstək vermək, istedadlı gəncləri üzə çıxarmaq və onların Türkiyə futboluna inteqrasiyasına şərait yaratmaqdır.
Azərbaycandakı rəsmi futbol məktəbinin rəhbəri Nihat Ələskərov Liderxeber.az-a bildirib ki, layihə həm futbol, həm də dostluq baxımından iki qardaş ölkə arasında yeni bir körpü olacaq:
“Məqsədimiz Azərbaycanın uşaq futboluna kömək etmək, istedadlı uşaqların yolunu açmaqdır. Əlimizdə çox gözəl şərait var. Türkiyə futboluna bir körpü salmışıq. İnşallah, istedadlı uşaqlar gələcəkdə Türkiyədə oynayacaq”.
Məktəbin fəaliyyətə başlaması münasibətilə keçirilən təqdimat tədbirində Konyaspor Futbol Məktəbləri koordinatoru Selçuk Buğdaycı, Türkiyə Spor Elmləri Dərnəyinin sədri, Prof. Dr. Fikrət Soyer və Qarabağ Futbol Klubunun direktoru Emrah Çelikel də iştirak ediblər.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycan-Türkiyə futbol əlaqələrinin daha da möhkəmlənəcəyini və bu əməkdaşlığın gənc futbolçular üçün böyük fürsətlər yaradacağını vurğulayıblar.
Oxşar Xəbərlər:




