Cüdoçularımız Limada keçirilmiş Qran-pridə 7 medal qazanıb

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş Qran-prini 7 medalla başa vurublar.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, sonuncu yarış günündə Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) mükafatçılar sırasına düşə bilib.
Onlar müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

27 fevral 2023, Bazar ertəsi
Azərbaycan boksçuları Rumıniyada 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb