Pressa.az » İqtisadiyyat » Bu marşrut xətləri “Faiqoğlu”na verildi

Bu marşrut xətləri “Faiqoğlu”na verildi

29 oktyabr 2026, Cümə axşamı, 11:36
Bu marşrut xətləri “Faiqoğlu”na verildi

156 və 156A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar yenilənir.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənəcək.

156 nömrəli marşrut üzrə 10 ədəd “İsuzu Citibus” markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “İsuzu HC45” markalı müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Hər iki marşrut xətlərinin istismarı “Xaliq Faiqoğlu” şirkətinə həvalə edilib. marşrutlar nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.