Dünyada ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adları açıqlandı
FIFA 2025-ci il üçün "İlin ən yaxşı baş məşqçisi" nominasiyasına namizədlərin siyahısını elan edib.
Liderxeber.az xəbər verir ki, siyahı qurumun rəsmi saytında yayımlanıb.
Qalib milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılacaq sorğu əsasında müəyyənləşəcək.
Mükafat uğrunda yeddi məşqçi mübarizə aparacaq:
Xavyer Aqirre (Meksika millisi);
Mikel Arteta ("Arsenal", İngiltərə);
Luis Enrike (PSJ, Fransa);
Hans-Diter Flik ("Barselona", İspaniya);
Enzo Mareska ("Çelsi", İngiltərə);
Roberto Martines (Portuqaliya millisi);
Arne Slot ("Liverpul", İngiltərə).
Oxşar Xəbərlər:
21 sen 2023, 09:13
26 avq 2024, 08:50
15 noy 2024, 17:50
