Pressa.az » İdman » "Qarabağ" dünya reytinqində 17 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 17 pillə irəliləyib

12 noyabr 2025, Çərşənbə, 10:17
"Qarabağ" dünya reytinqində 17 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib.

Liderxeber.az IFFHS-nin saytına istinadən xəbər verir ki, reytinqdə 502 klub yer alıb.

Azərbaycan çempionu "Qarabağ" klubu 192.25 xalla dünya reytinqində 17 pillə irəliləyərək 82-ci sıradan 65-ci yerə yüksəlib.

Digər təmsilçilərimiz "Sabah" klubu 296-cı mövqedən 276-cı yerə, "Araz-Naxçıvan" klubu 391-ci yerdən 390-cı yerə, "Zirə" isə 407-ci yerdən 387-ci mövqeyə yüksəliblər.

Qeyd edək ki, siyahıya PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin "Real Madrid", "Çelsi", "İnter" və "Bavariya" müvafiq olaraq yer alırlar.