Azərbaycanın U-19 millisi bu gün Malta ilə üz-üzə gələcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxacaq.
Liderxeber.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Sentenari" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 14:00-da start götürəcək. Qarşılaşmanı Finlandiya və Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
18 fevral 2025, Çərşənbə axşamı
Millimiz Avropa Çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək
