Pressa.az » İdman » "İlin ən yaxşı baş məşqçisi" mükafatına namizədlər bəlli oldu

"İlin ən yaxşı baş məşqçisi" mükafatına namizədlər bəlli oldu

19 noyabr 2025, Çərşənbə, 15:01
"İlin ən yaxşı baş məşqçisi" mükafatına namizədlər bəlli oldu

"2025-ci ilin ən yaxşı baş məşqçisi" mükafatına namizədlərin siyahısı açıqlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Globe Soccer Awards" paylaşım edib.

Siyahıda doqquz baş məşqçi yer alıb:

Xabi Alonso ("Real Madrid"), Mikel Arteta ("Arsenal"), Antonio Konte ("Napoli"), Luis Enrike (PSJ), Hans-Diter Flik ("Barselona"), Eddi Hau ("Nyukasl Yunayted"), Vensan Kompani ("Bavariya"), Enzo Mareska ("Çelsi"), Roberto Martinez (Portuqaliya millisi).

Qeyd edək ki, ötən il bu mükafata "Real Madrid"in sabiq baş məşqçisi Karlo Ançelotti layiq görülüb.