Pressa.az » İdman » Bu gün derbi var - “Fənərbaxça” “Qalatasaray”a qarşı

Bu gün derbi var - “Fənərbaxça” “Qalatasaray”a qarşı

01 dekabr 2025, Bazar ertəsi, 11:08
Bu gün derbi var - “Fənərbaxça” “Qalatasaray”a qarşı

Bu gün Türkiyə Superliqasının 15-ci turunda İstanbul derbisi baş tutacaq.

Liderxeber.az xəbər verir ki, derbidə əzəli rəqiblər “Fənərbaxça” və “Qalatasaray” üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qalatasaray” hazırda 32 xalla liderdir. Rəqibindən bir xal az toplayan meydan sahibləri ikinci pillədə qərarlaşıb.