Pressa.az » İdman » “Sabah” qış çempionu ola bilər

“Sabah” qış çempionu ola bilər

22 dekabr 2025, Bazar ertəsi, 10:38
“Sabah” qış çempionu ola bilər

Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

Liderxeber.az xəbər verir ki, son oyun “Sumqayıt”la “Sabah” arasında baş tutacaq.

2025-ci ilin sonuncu oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşmanı Tural Qurbanov idarə edəcək. “Sabah” bu oyunda qalib gəlsə, qış çempionu olacaq.

Misli Premyer Liqası
16-cı tur
22 dekabr

“Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.