"Real Madrid"in alman müdafiəçisi PSJ-yə keçə bilər
Fransanın PSJ klubu Almaniya yığmasının və "Real Madrid"in müdafiəçisi Antonio Rüdigerlə yaxından maraqlanır.
Liderxebet.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Məlumata görə, Paris klubu 32 yaşlı futbolçunu yayda Madriddən getməyə razı salmaq üçün ona sərfəli müqavilə təklif etməyə hazırdır.
Fransa təmsilçisinin Rüdiger kimi təcrübəli liderə ehtiyacı olduğu qeyd edilir.
Məşhur oyunçu 2025/26 mövsümündə "Real Madrid"in heyətində bütün yarışlarda yeddi oyun keçirib və qol vurmayıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 iyun 2024, Bazar ertəsi
Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
27 may 2024, Bazar ertəsi
Azərbaycanlı sosial media fəalları Fransanın ədalətsiz hərəkətləri ilə bağlı bəyanat yayıb
