Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyədə saxlanıldı
Azərbaycanın 17 (U-17) və 19 (U-19) yaşa qədər futbolçulardan ibarət yığma komandalarının sabiq oyunçusu İsmail Karakaş Türkiyədə saxlanılıb.
Liderxeber.az haberler.com-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, Karakaş da qanunsuz mərc oyunlarında iştirakda təqsirləndirilir. Onun öz komandasının oyunları zamanı rəqib klubun qələbələrinə pul qoyuluşu etməsi barədə şübhələr var.
Karakaş hazırda Türkiyənin dördüncü liqa klublarından olan "Erciyes 38"in üzvüdür. Onun sözügedən klubla müqaviləsinin müddəti gəlin ilin yayına qədərdir.
Xatırladaq ki, Trabzonda dünyaya gələn və Türkiyənin bir neçə klubunda oynamış Karakaş Azərbaycanın U-17 yığmasında 11, U-19 millisində isə 3 görüşdə meydana çıxıb.
