"Sabah"ın hücumçusu Azərbaycan çempionatının tarixinə keçdi
"Sabah"ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
Liderxeber.az Peşəkar Futbol Liqasına İstinadən xəbər verir ki, almaniyalı hücumçunun yubiley oyunu XXI tura təsadüf edib.
O, "Kəpəz"lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0.47-yə bərabərdir.
Coy-Lens çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə Mikels minimum 100 matça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir.
Premyer Liqada 2021-ci ildə debüt edən Mikels ölkəmizdə yalnız "Sabah"ın formasını geyinib. O, 2021-23-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.
Qeyd edək ki, Coy-Lens turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.
