Millimizin Avropa çempionatında rəqibləri bu axşam bəlli olacaq
Bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşəcək.
Liderxeber.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada start götürəcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Yığmamız püşköncəsi 1-ci səbətdə yer alıb.
Qitə birinciliyinin final mərhələsi 27 may - 4 iyun tarixlərində Slovakiyada keçiriləcək.
Avropa çempionatı
1-ci səbət: Slovakiya, Azərbaycan, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Serbiya;
2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;
3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;
4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya
Oxşar Xəbərlər:
25 may 2023, Cümə axşamı
Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub
