Pressa.az » İdman » “Qalatasaray” “Liverpul”a rəqib oldu

“Qalatasaray” “Liverpul”a rəqib oldu

27 fevral 2026, Cümə, 16:00
“Qalatasaray” “Liverpul”a rəqib oldu

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə "Qalatasaray"ın da rəqibi bəlli olub. İstanbul nəhəngi “Liverpul”la üz-üzə gələcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final

PSJ (Fransa) – “Çelsi” (İngiltərə)
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya)
“Budyo Qlimt” (Norveç) – “Sportinq” (Portuqaliya)
“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə)
“Atalanta” (İtaliya) - "Bavariya" (Almaniya)
"Atletiko" (İspaniya) – “Tottenhem” (İngiltərə)
“Bayer 04” (Almaniya) – “Arsenal” (İngiltərə)